牛嶋神社(Ushijima Jinja Shrine)

Pervin (Azerbaidzhan) Pervin (Azerbaidzhan) instagram

アゼルバイジャンのインフルエンサーのPervinさんが、墨田区の神社「牛嶋神社」について紹介してくれました。
アゼルバイジャン語、英語での記事です。

⛩️ Növbəti postda sizi Yaponiyanın ən qədim və maraqlı 3 qapılı şinto məbədlərindən birinə aparacağam. Şəhərin düz mərkəzində, tarixin ən qədim dövrlərindən birinə düşəcəksiniz. Gözləmədə qalın! 😉

⛩️ In the next post, I will take you to one of the oldest and most interesting mitsutorii Shinto temples in Japan. Right in the center of the city, you will find yourself in one of the oldest periods of history. Stay tuned!☺️

⛩️ Bu gün sizi Yaponiyanın ən qədim şinto məbədlərindən birinə aparıram (Şinto – Yaponiyada geniş yayılmış din, buddizmlə qarışdırılmamalıdır)

🐮UŞİCİMA (Ushijima) məbədi bizim eranın 8-9-cu əsrlərinə aid olan çox maraqlı bir məbəddir və o Tokionun mərkəzi yerlərindən birində, Sumida şəhərində yerləşir. Məbədin adı uşi-inək və cima-ada sözlərinin birləşməsindən yaranıb. Güman edilir ki, o vaxtkı ərazi Sumida çayının yanında yerləşdiyi üçün münbit və yaşıl olub, buna görə də burada əhali çoxlu inək saxlayıb, məbədin adı da buradan yaranıb. Adətən şinto məbədlərinin qapısında sizi məbədin qoruyucusu olan it, aslan və ya əjdaha heykəlləri qarşılayır. Bu maraqlı məbədin qoruyucu heykəli isə elə inəkdir.

⛩️ Məbədin digər maraqlı tərəfi isə onun torii sütunları, yəni qapılarıdır. (bu emoji ⛩️) Adətən şinto məbədlərinin girişində bir qapı olur. Bu məbəd isə 3 varlığın (ildırım ilahı Susanoo, günəş ilahəsi Amaterasunun oğlu Amenohohi və həmin dövrün şahzadəsi Sadatoki Shinno) şərəfinə tikildiyi üçün qapıda sizi mitsutorii (3 qapı) qarşılayır.

🐄 Daha sonra isə nade-uşini görürük – toxunmaq üçün inək heykəli. Məntiq bizim pirlərdəkinə bənzəyir. Kimin harası ağrıyırsa, inəyin həmin hissəsinə toxunub dilək diləyir və ağrısının keçəcəyinə inanır.

Pervin (Azerbaidzhan)

Pervin (Azerbaidzhan)

アゼルバイジャン出身。大好きな日本文化とそして旅について、アゼルバイジャン語と英語で発信しています。

このページの先頭へ戻る